Beynəlxalq Miqrasiya Təşkilatı: “Somali aclıq riski altındadı”backend

Beynəlxalq Miqrasiya Təşkilatı: "Somali aclıq riski altındadı"

Somali şiddətli quraqlıq səbəbindən aclıq təhlükəsi ilə üzləşib.

KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında bildirilib.

Açıqlamada Somalinin şiddətli quraqlıqla üzləşdiyi və bu vəziyyətin aclıq riskinə səbəb ola biləcəyi qeyd edilib.

Digər tərəfdən ölkədə quraqlıqla mübarizənin davam etdiyi və ötən ay 1,8 milyon insana ərzaq yardımı edildiyi, daha 4,9 milyon insanın köməyə ehtiyacı olduğu vurğulanıb. Bununla bağlı beynəlxalq ictimaiyyətdən dəstək istənilib.

2019-cu ildə səhra çəyirtkələrinin hücumundan sonra kənd təsərrüfatı istehsalının azaldığı bölgədə yağıntının gözləniləndən az olması yeni ərzaq böhranına səbəb olub.

Qeyd edək ki, 1990-cı ildən bəri Somali iqlim dəyişikliyi səbəbindən daşqın və quraqlıq kimi 30-dan çox təbii fəlakətlə üzləşib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*