“Bəzilərinin meyiti tapılıb, digərlərini tapmaq mümkün deyil” – Zelenskibackend

"Bəzilərinin meyiti tapılıb, digərlərini tapmaq mümkün deyil" - Zelenski

“Rus işğalçıları tərəfindən qaçırılan merlərimizin bəzilərinin meyiti tapılıb. Digərlərini tapmaq mümkün deyil”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist”ə bildirib.

Zelenski vurğulayıb ki, Rusiya ordusu 2014-cü ildə Donbasda olduğu kimi işğal olunmuş ərazilərdə də eyni üsullardan istifadə edir.

Xatırladaq ki, martın 11-də Melitopol meri İvan Fedorovun oğurlanması ilə bağlı məlumat yayılıb. Martın 14-də Zaporojye vilayətinin hərbi administrasiyası elan edib ki, işğalçılar tərəfindən qaçırılan Melitopol meri “terrorçuluq” işi ilə bağlı ittiham olunub və Luqanskdadır. Martın 16-da Fedorov xüsusi əməliyyat nəticəsində işğalçıların əsirliyindən azad edilib.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*