Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə Biləsuvar – Bəhrəmtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən, piyada rayonun Nərimankənd sakini, 1979-cu il təvəllüdlü yaşlı Əhəd Əliyevi vurub.
Yaralı müxtəlif ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.”Report”
