Biləsuvarda maşın boruya çırpıldı, sürücü xəsarət aldıbackend

Biləsuvarda maşın boruya çırpıldı, sürücü xəsarət aldı

Biləsuvarda yol-nəqliyyat qəzası baş veriib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

2003-cü il təvəllüdlü Rəfael Famil oğlu Cabbarlının idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.

Qəza nəticəsində xəsarət alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*