“Bir az “ağladığım” üçün TƏBİB-dən diqqət gördüm” – Aytən Səfərovabackend

“Bir az “ağladığım” üçün TƏBİB-dən diqqət gördüm” - Aytən Səfərova

“Müalicəmə əvvəlcə evdə davam etdim, lakin daha sonra həyat yoldaşımla “Yeni Klinika”ya aparıldıq. Azərbaycanda belə bir atalar sözü var: Ağlamayan uşağa süd vermirlər. Bir az ağladığım üçün TƏBİB-dən diqqət və qayğını gördüm”.

KONKRET.az xəbər verir ki, bu sözləri koronavirusdan sağalan aparıcı Aytən Səfərova deyib.

O, “Bizimləsən” proqramına telefonla bağlanaraq səhhətinin qaydasına düşdüyünü, lakin tez-tez panik atak keçirdiyini bildirib:

“Bir çox insanlar düşünür ki, xəstəliyi evdə keçirəcəm. Qonşum yaxşı keçiribsə, məndə də elə olar. Amma belə deyil! 10 dəqiqədən sonra nəfəs elə darala bilər ki, insan yerində qala bilər. Zarafat ediləcək bir xətəlik deyil. İnsan psixoloji olaraq güclü olmalıdır. “COVID-19”un sonuncu növü çox ağır bir ştammdır. İnsan panik atak keçirir. İndiyədək ürəyim tez-tez döyünür, dərmanlar qəbul edirəm. Kəfəni yarıb çıxandan sonra elə bil ikinci dəfə dünyaya gəldik. Yoluxmadan sonra həyata baxış bucağım dəyişdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*