Bir cümlə ilə ailəsini dağıdan Afət: “Dedim ki, sənə yaxşı yol” – VİDEObackend

Bir cümlə ilə ailəsini dağıdan Afət: “Dedim ki, sənə yaxşı yol” - VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.

KONKRET.az xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşının bir cümləsi ilə ailəsini dağıtdığını etiraf edib:

“1996-cı il, noyabr ayının 3-ü el adəti ilə toyumuz oldu. Evləndikdən sonra Ukraynaya köçdük. Həyat yoldaşım orada oxuyur, işləyirdi. Bir müddət sonra mənə məktublar gəlirdi.

Təhsilimi davam etdirməliydim. Universitetə qəbul olmuşdum. Lakin qardaşım Bakıda oxumağıma narazılıq etdi. Həm də maddi durumla əlaqədar Gəncə Dövlət Universitetinə köçürmə etdik. Yoldaşım mənə dedi ki, ana olacaqsan, həm də oxutmaq istəsəydim, elə özüm oxuyardım da. Onu sevməyə başlamışdım. Amma o cümlə ilə məndə nifrət yaranmağa başladı.

Qisasımın təməlini də o cümlə qoydu. Həmin ərəfədə anamgil Azərbaycanda qardaşımın toyuna hazırlaşırdı. Bizi də dəvət etdilər, gəldik. Toy oldu. Geri qayıdanda həyat yoldaşıma dedim ki, sən get, mən gəlmirəm, sənə yaxşı yol. Soruşdu ki, niyə? Dedim, “yadındadır, mənə dedin ki, “oxutmaq istəsəm, elə özüm oxuyardım”. Ona görə də sənlə gəlmirəm”. Qalmağa yerim də yox idi. Evliliyimiz anamın ürəyincə olmadığı üçün dedi ki, sən mənim övladımsan, sənə baxaram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*