Braziliyada bir gündə 1 382 xəstə koronavirusdan ölüb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son bir gündə 12 581 nəfər koronavirusa yoluxub. Bununla da Braziliyada koronavirusa yoluxanların ümumi sayı 685 427-yə çatıb.
Son 24 saat ərzində 1 382 ölüm halının qeydə alınması ilə ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 37 312-yə yüksəlib.
Ümumilikdə 302 084 nəfər müalicə olunaraq xəstəlikdən sağalıb.
Qeyd edək ki, Braziliya koronavirusdan ən çox təsir görən ölkələr arasında ABŞ-dan sonra 2-ci yerdə qərarlaşıb.
