Bişkekdə komendant saatı tətbiq edilirbackend

Bişkekdə komendant saatı tətbiq edilir

Qırğızıstanın paytaxtı Bişkekdə bu gündən komendant saatı tətbiq edilir.

KONKRET.az “İnterfax” -a istinadən xəbər verir ki, müvafiq əmr şənbə günü Bişkek komendantı Almazbek Orozaliyev tərəfindən imzalanıb.

Bildirilir ki, Bişkekdə saat 21:00-dan 05:00-dək komendant saatı tətbiq olunur.

Bundan əlavə, şəhərdə saat 18:00-dan etibarən silah və spirtli içkilərin satışına, mitinqlərə və küçə yürüşlərinə qadağa qoyulur.

Bişkekdə xüsusi giriş-çıxış rejimi tətbiq edilir.

Xatırladaq ki, Qırğızıstanda siyasi böhran 5 oktyabr tarixindən, Bişkekdə keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifət partiyalarının mitinqlərinin başladığı gündən bəri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*