Bitişik əkiz bacılar əməliyyatla ayrıldıbackend

Bitişik əkiz bacılar əməliyyatla ayrıldı

Sinə və qarın hissədən bitişik doğulan əkiz bacılar əməliyyatla ayrılıb.

KONKRET.az sonxeber.aza istinadən bildirir ki, bu qeyri-adi əməliyyat Nigeriyanın paytaxtı Abuca şəhərində baş tutub.

78 nəfərdən ibarət heyət tərəfindən həyata keçirilən əməliyyat uğurla nəticələnib. Əkiz bacıların ayrılması prosesi 13 saat davam edib.

Əməliyyatda iştirak edən həkim heyətinə rəhbərlik edən pediatr Emmanuel Amehin sözlərinə görə, əməliyyatdan 6 həftə sonra uşaqlar evə yazılıb.

Əkizlərin ayrılması əməliyyatı keçən ilin noyabrında həyata keçirilsə də, təfərrüatlar yenicə açıqlanıb, çünki xəstəxana əməliyyatdan sonra hər hansı bir problemin yaranmayacağına əmin olmaq istəyib.

Xəstəxana sözçüsü bu barədə danışarkən “Cərrahi əməliyyatı həyata keçirən bütün həkim heyətinin nigeriyalı olması bizim üçün çox xoş və qürurverici haldır. Əməliyyat Nigeriyada həyata keçirildi və valideynlər xaricə getmək məcburiyyətində qalmadı”, – deyə bildirib.

Əkizlərin valideynlərinin bu əməliyyata maddi cəhətdən imkanı yetmədiyinə görə, minlərlə dollara başa gələn ayırma əməliyyatı ödənişsiz həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*