“Biz heç kimə lazım deyilik, biz bu dünyada təkik, nə Rusiya, nə Fransa, nə də ABŞ bizim dostumuzdur”.
KONKRET.az xəbər verir ki, ermənilərin KTMT xəyalları “suya düşdükdən” sonra erməni seqmentində növbəti vay-şüvən qopub. Erməni blogerlər, sosial şəbəkə istifadəçiləri özlərindən başqa hamını günahlandırıb, “yıxıb-sürüyürlər”.
Erməni KİV-lərində belə bir yazı dərc olunub:
“Etiraf edək ki, Ermənistan lazımi yerə üz tutub, müraciət etdi. Amma gördüyünüz kimi, biz heç kimə lazım deyilik və heç kim Azərbaycanı həqiqətən qınamır.
Biz bu dünyada təkik. Nə Rusiya, nə Fransa, nə də ABŞ bizim dostumuzdur. Bunu beynimizə həkk edib gen və ana südü ilə övladlarımıza ötürməyin vaxtıdır”.
Bir qrup erməni isə Pşinyanın KTMT-yə göndərdiyi müraciətin surətini görmək istəyir.
“Biz Ermənistan hökumətindən KTMT, Rusiya və BMT-yə müraciətin mətnini dərc etməyi tələb edirik. Söz-söhbət var ki, KTMT-yə 4 deyil, 2 bənd üzrə müraciət edilib”.
Xuraman Etibarlı,
KONKRET.az
