“Rusiya yaxın gələcəkdə ABŞ-la mühüm məsələlərdə razılıq əldə etmək imkanını görmür”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bu gün insanlar arasında təmaslar, viza məsələlərində nadir istisnalar olmaqla, heç bir sahədə inkişaf görmürəm, lakin bunların hamısı baş verənlər fonunda kiçik təfərrüatlardır, burada ağıllı şəkildə razılaşa və güzəştə gedə bilərik. Biz öz yolumuzla gedəcəyik”, – TASS Ryabkovdan sitat gətirir.
O, Qərbin təklif etdiyi “kompromisləri” “diktə və ultimatum” adlandırıb: “Təbii ki, belə şərtlərlə razılaşmaq mümkün deyil. Və bu, heç vaxt baş verməyəcək. Güzəşt yalnız və müstəsna olaraq ciddi maraqlar balansı, konkret problemə qarşılıqlı yanaşmaların təsdiqlənmiş hesabı əsasında mümkündür”.
Rəsmiyyə Şərifova,
KONKRET.az