backend

"Biz torpaqlarımızla alver etmirik" - Zelenski sülh naminə Rusiyaya ərazi güzəştlərindən DANIŞDI

Zelenski sülh naminə Rusiyaya ərazi güzəştlərinin mümkün olub-olmadığınından danışıb.

KONKRET.az xəbər verir ki, bunu Amerikanın FoxNews telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna üçün Rusiya ilə müharibədə yalnız qələbə məqbuldur, lakin Kiyev sülh naminə işğalçıya ərazi güzəştinə getməyəcək.

“Həqiqətin qələbəsi Ukraynanın və ukraynalıların qələbəsidir. Məsələ bunun nə vaxt bitəcəyidir. Bu, dərin sualdır. Bu, ağrılı məsələdir. Qələbədən başqa, Ukrayna xalqı heç bir nəticəni qəbul etməyəcək”, – deyə dövlət başçısı bildirib.

Sülh sazişinin imzalanması naminə Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski deyib:

“Biz torpaqlarımızla alver etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur”.

O, dünyanın aparıcı dövlətlərindən Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklər gözlədiyini vurğulayıb, həmçinin Ukraynanın NATO-nu daha da gücləndirməyə qadir olduğuna əmin olduğunu bildirib.

“Biz zəif dövlət deyilik. Bizi NATO hesabına gücləndirməyi təklif etmirik… Biz əlavəyik, biz lokomotivik. Hesab edirəm ki, biz Avropa qitəsinin mühüm tərkib hissələrindənik”, -deyə  prezident vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*