“Bizim üçün növbəti problem Qazaxıstandır!” – Solovyovun verilişində növbəti qurbandan DANIŞDILAR – VİDEObackend

"Bizim üçün növbəti problem Qazaxıstandır!" - Solovyovun verilişində növbəti qurbandan DANIŞDILAR - VİDEO

Rusiya televiziyasında təbliğatçılar Ukraynadan sonra növbəti qurbandan danışıblar. 

KONKRET.az xəbər verir ki, bu barədə “Vladimir Solovyovla axşam” adlı təbliğat tok-şousunda danışılıb.

Ukraynadakı ordusunun iflasa uğramasından və “Kiyevi iki günə almaq” planlarının iflasından sonra rus təbliğatçıları yeni təcavüz qurbanı – Qazaxıstanı müzakirə etməyə başlayıblar.

Solovyovun qonaqlarından biri deyib ki, “Rusiyanın növbəti problemi Qazaxıstan olacaq”.

“Bizim üçün növbəti problem Qazaxıstandır! Nasist prosesləri” Ukraynada olduğu kimi orada da başlaya bilər. Orada da çoxlu ruslar var və iki dövlət arasında ən uzun sərhədlər var. Bizim bütün Rosatom üçün nüvə yanacağı da oradadır”, – deyə təbliğatçı bildirib.

Beləliklə, ruslar “denasifikasiya” üçün yeni qurban – Qazaxıstanı tapmaqla öz vətəndaşlarının diqqətini Ukraynadan yayındırmaq istəyirlər.

Qeyd edək ki, bu ölkənin prezidenti Tokayev KTMT çərçivəsində Putinə hərbi yardımdan imtina edib və qondarma “LDXR”i tanımayacağını bəyan edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*