Blinken: “Qızıl qadağası Rusiyaya hər il 19 milyard dollara başa gələcək”backend

Blinken: "Qızıl qadağası Rusiyaya hər il 19 milyard dollara başa gələcək"

Rusiyanın qızıl ixracına qoyulan embarqo Moskvaya hər il təxminən 19 milyard dollara başa gələcək.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə G7 liderlərinin Rusiya qızılının idxalına qoyulan qadağa ilə bağlı verdiyi açıqlamada bildirib.

Blinken Moskvaya qarşı tətbiq edilən sanksiyaların təsirlərinin gələn il görünəcəyinə diqqət çəkib.

Dövlət katibi qızılın Rusiyanın enerjidən sonra ikinci ən böyük ixracat məhsulu olduğunu vurğulayıb.

ABŞ prezidenti Co Bayden bildirib ki, bu qərar Rusiya prezidenti Vladimir Putinə görünməmiş xərclər yaradacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*