“Əfqanıstan iqtisadiyyatı faktiki olaraq çöküb, ölkədə çox az nağd pul var. Əhalinin 80 faizindən çoxu borcludur. İnsanlar övladlarını doyurmaq üçün öz uşaqlarını, orqanlarını satırlar”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib. Baş katib Əfqanıstanda humanitar vəziyyətin həyəcan verici olduğu, 9 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi və bir milyon uşağın “ölüm astanasında” olduğu barədə xəbərdarlıq edib.
2021-ci ilin iyun ayından bu yana ölkədə humanitar ehtiyacların üç dəfə artdığını bildirən Quttereş, beynəlxalq ictimaiyyəti Əfqanıstana 4,4 milyard dollar yardım etməyə çağırıb. O, həmçinin xaricdə dondurulmuş 9 milyard dollarının da sərbəst buraxılmasını tələb edib.
İqbal Rzayev,
KONKRET.az
