BMT Ukrayna limanlarını təcili açmağa çağırır – Qlobal aclıq böhranı olacaqbackend

BMT Ukrayna limanlarını təcili açmağa çağırır - Qlobal aclıq böhranı olacaq

“Ukraynada istehsal olunan ərzaq məhsullarının dünyanın digər ölkələrinə sərbəst daşınması üçün Odessa vilayətindəki limanlar təcili açılmalıdır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) yazılı açıqlamasında bildirib.

Bəyanatda ÜƏP-nin icraçı direktoru Devid Bisli aşağıdakı açıqlamanı verib:

“Hazırda Ukraynanın taxıl silosları doludur. Eyni zamanda dünyada 44 milyon insan aclıqdan ölür. Biz bu limanları təcili açmalıyıq. Dünya bunu tələb edir, çünki qlobal miqyasda yüz milyonlarla insan bu resurslardan asılıdır”.

Ümumdünya Ərzaq Proqramının bəyanatında qeyd olunub ki, limanlar müharibəyə görə blokadadır və bu səbəbdən Odessa və Ukraynanın Qara dənizdəki digər limanlarında milyonlarla ton taxıl gözləyir.

Təşkilat dünyada 276 milyon insanın kəskin aclıqla üzləşdiyini, Ukraynadakı münaqişənin davam edəcəyi təqdirdə bu rəqəmin 47 milyon artacağının vurğulayıb.

Həmçinin təşkilat qeyd edib ki, Ukraynanın müharibədən əvvəl istehsal etdiyi ərzaq məhsulları 400 milyon insanı doyurmağa kifayət edirdi və Qara dəniz limanları vasitəsilə ixrac edilirdi.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*