“Boeing”in sifarişləri rekord səviyyəyə düşdübackend

"Boeing"in sifarişləri rekord səviyyəyə düşdü

“Boeing” korporasiyasının təyyarələrinin yeni sifarişləri və tədarük həcmi XXI əsrin əvvəlindən rekord səviyyəyə düşüb.

KONKRET.AZ korporasiyanın yaydığı məlumata istinadla xəbər verir ki, “Boeing” 2019-cu ildə cəmi 246 sifariş qəbul edib ki, bu da 2003-cü ildən bəri ən aşağı göstəricidir.

“Boeing”in bu vəziyyətindən onun əsas rəqibi “Airbus” şirkəti yararlanaraq ötən il 768 təyyarə üçün sifariş qəbul edib. Bu, 2018-ci ilin göstəricisindən 21 təyyarə çoxdur.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” aviaşirkətinə, ötən ilin mart ayında isə “Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə “Boeing 737 MAX” təyyarələrinin uçuşları dayandırılıb. Bu hadisələr “Boeing” laynerlərinə olan tələbin aşağı düşməsinin başlıca səbəbidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*