2019-cu ilin ilk yarısında Avropada yeni avtomobil satışları 3,1 faiz azalıb. Eyni zamanda, yeni motosiklet və mopedlərin bazarı 9,1 faiz böyüyüb. Keçən il motosikllərdə təxminən on faiz artım göstərilib. bu da formalaşmış trend haqqında danışmağa imkan verir. Konkret.az xəbər verir ki, bu barədə Bloomberg yazır. Avropanın ən böyük motosiklet istehsalçısı olan Avstriya KTM-nin rəhbəri Stefan Pirer qeyd edib ki, dinamikanın böyük hissəsi gənclərin artıq maşınlara həvəs göstərməməsi və çoxuna imkan verə bilməmələri ilə əlaqədardır.
İtalyan skuter və mopedlərin istehsalçısı Vespa iki təkərli avtomobil satışlarının altı ayda cəmi 5.9 faiz artdığını söyləyib. BMW motosikletlərinin satışında yanvardan iyula qədər 7.3 faiz artım, avtomobillərdə isə 0.9 faiz artım müşahidə edilib. Elektrikli motosikllərin satış həcmi isə getdikcə artır. Hesabat dövründə onlar 77 faiz artaraq 34 min ədədə çatdı. KTM ilin sonunadək 65 min, 2021-ci ilə qədər isə ildə 100 min elektrik motosiklini satışa çıxarmaq niyyətindədir.
Daha əvvəl Almaniyanın iqtisadiyyatının tənəzzüldə olduğu bildirilib. Səbəb ABŞ və Çin arasındakı ticarət müharibəsidir.
Hazırladı: FADİL