Ötən həftənin əsas xəbərlərindən biri Hindistan Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Virmanın Ermənistan-Hindistan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etmək üçün İrəvana səfəri olub.
KONKRET.az xəbər verir ki, bu barədə “caliber.az”ın hərbi-analitik layihəsinin yeni buraxılışında deyilir.
“Səfər zamanı hindistanlı diplomat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb. Və tədbirin sonunda tərəflərin müdafiə sahəsində uzunmüddətli əməkdaşlığa sadiq olduqları bildirilib. Bu, səfər zamanı əldə olunan yeganə razılaşma deyil…
Lakin bizi maraqlandıran müqavilələrin məhz hərbi komponentidir. Əslində ciddi razılaşmalar yoxdur. Anlaşma memorandumu sadəcə memorandumdur, başqa heç nə.
Buna baxmayaraq, hər hansı bir ölkənin, xüsusən də Hindistan kimi böyük bir ölkənin Ermənistan istiqamətində diplomatiyasının aktivləşməsi Azərbaycan analitikasının nəzərindən kənarda qalmamalıdır”. Şərhdə belə qeyd edilib.
Daha ətraflı videoda:
Roman Göytürk,
KONKRET.az
