İtaliyanın Boloniya şəhəri yaxınlığındakı su elektrik stansiyasında partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Repubblica” məlumat yayıb. Partlayış zamanı ərazidə 15 nəfər olub. “İl Tirreno” isə yazır ki, ölənlərin sayı 4-ə çatıb – itkin düşənlərdən birinin cəsədi suda tapılıb.
Su elektrik stansiyasında turbin iş zamanı partlayıb. Partlayış yeraltı 8-ci mərtəbədə baş verib və nəticədə yuxarıdakı mərtəbədəki otaq uçub. Doqquzuncu mərtəbəni su basıb.
Günel Mikayılova,
KONKRET.az
