Bolqarıstan 10 rusiyalı diplomatı ölkədən ÇIXARIRbackend

Bolqarıstan 10 rusiyalı diplomatı ölkədən ÇIXARIR

Bolqarıstanın Xarici İşlər Nazirliyi 10 rusiyalı diplomatı “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova açıqlayıb.

Onun sözlərinə görə, diplomatların “arzuolunmaz şəxs” elan olunmasına səbəb olaraq, onların statuslarına uyğun gəlməyən fəaliyyətləri göstərilib.

Bolqarıstan XİN qeyd edib ki, həmin diplomatların ölkə ərazisini tərk etmələri üçün 72 saat vaxtları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*