Burkina Fasoda yol kənarında bomba partlayışı nəticəsində 14 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
KONKRET.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə Burkina Fasonun cənub-qərbində yerləşən Suru vilayətinin Toeni departamentində baş verib.
Tom şəhərinə gedən tələbələrin olduğu avtobus yol kənarındakı bomba üzərinə çıxıb.
