Boris Conson “rus agentidir” – Britaniya nəşrindən ŞOK İDDİAbackend

Boris Conson “rus agentidir” – Britaniya nəşrindən ŞOK İDDİA

İcmalar Palatasında keçirilən son iclasda leyboristlər Boris Consonu ifşa etməyə çalışıblar. O, “rus oliqarxları ilə dəbdəbəli villalarında əylənməkdə” ittiham olunub. Consonun müavini Dominik Raab hətta Baş nazirin müdafiəsinə qalxıb.

Həqiqətənmi Boris Conson rus agentidir?

Çox qəribə sualdır. Son vaxtlar İcmalar Palatasında Baş nazirə ən çox verilən sual məhz budur. Bu məsələni Palatada Sayrus Starmerin yerinə keçən Angela Rayner qaldırmışdı.

Onun sözlərinə görə, B.Consonun dostu Yevgeni Lebedevə təhlükəsizlik orqanlarının xəbərdarlıqlarına baxmayaraq, yaşayış hüququ verilib.

Raab “Onun dedikləri cəfəngiyyatdır”- desə də, əsaslı bir fakt gətirə bilməyib. Xanım Rayner isə “KQB zabitinin oğlu” Lebedev ilə Boris Conson arasında 2020-ci ildə Londonda keçirilən görüşü xatırladıb. “Görüşün təfərrüatları heç vaxt açıqlanmayıb”- deyə o əlavə edib. Əksinə, bu görüşün üstü hər zaman ört-basdır edilib. Bununla belə Angela Rayner gizlədilən görüşün ən xırda detalını belə bildiyini söyləyib. Bildirib ki, “Menyuda “şampan və kürü” var idi”.

Bəs bu qədər xırdalıqları xanım Rayner haradan bilir? Nəyə görə susmaq bilmir? Yoxsa o, Baş naziri ləkələmək üçün yalan danışır?

Əlbəttə ki, yalan danışmaq ən azı ədəbsizlikdir. Üstəlik, bu cür iddialar hüquqi məsuliyyət yaradır. Lakin spiker Lindsey Hoyl bu vaxtadək heç bir tədbir görməyib. Baxmayaraq ki, spiker hər zaman arxa sıralarda oturan və çoxlu suallar verən müxalifəti araşdırmaqla məşğul idi. Bununla belə Hoyl hələ də Tory millət vəkillərinin Baş nazirin sorğu-sual prosedurunu pozmaq və məsuliyyətsiz sual verənləri danışmaq hüququndan kənarlaşdırmaq üçün heç bir addım atmayıb. Yalnız bir dəfə “Əgər mübahisə etmək istəyirsənsə, zaldan çıxarılandan sonra çöldə mübahisə edə bilərik”- demişdi. Bu isə daha çox avtopark üstündə döyüşmək istəyən “dəli” sürücülərin dialoqunu xatırladır.

Raab bu günlərdə Raynerin hücumlarına İngiltərənin NATO üzvlüyünə qarşı çıxan Ceremi Korbini necə dəstəklədiyini xatırladaraq cavab verdi. Lakin spiker Hoyl lovğa bir kaktus kimi qıvrılaraq yerindən ayağa qalxıb Raaba suala başqa cür cavab verməyi əmr etdi. “Sizin haqq qazandırmanız üçün 12 il geriyə gedə bilmərik. Keçmişdə baş verənlər barədə danışmadansa, gündəmə sadiq qalmağa çalışın” – dedi.

Beləliklə, spiker də Boris Consonun “rus agenti” olması məsələsinə öz loyallığını göstərdi.

“The Spectator”, Böyük Britaniya. 16 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*