Böyük Azərbaycan şairinin oğlu komadadır – SƏBƏB?backend

Böyük Azərbaycan şairinin oğlu komadadır - SƏBƏB?

Şəhriyar təxəllüslü məşhur şair Məhəmmədhüseyn Behcət Təbrizinin (Məhəmmədhüseyn Şəhriyar) oğlu Hadi Behcət Təbrizi Təbrizin 17 şəhrivər prospektində avtomobil qəzasına düşüb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Təbrizdən məlumat verilib.

Məlumata görə, şairin oğlu Təbrizin İmam Rza xəstəxanasında reanimasiya şöbəsindədir.

Komada olan Hadi Behcətin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şair Məhəmmədhüseyn Şəhriyarın üç övladı var. Şəhrzad və Məryəm qızları Tehranda, Hadi isə Təbrizdə yaşayır.

Hadi Ustad Şəhriyar Muzeyinin rəhbəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*