Britaniyanın mediaya nəzarət agentliyi “Ofcom” Rusiya dövlətinin yayımçısı olan Russia Today-in (RT) yayım lisenziyasını ləğv etdiyini açıqlayıb.
KONKRET.az “Ofcom.org”a istinadən xəbər verir ki, sözügedən qərarın qəbul edilməsində “bir sıra amillərin” nəzərə alındığı, o cümlədən, RT-nin Rusiya dövləti tərəfindən maliyyələşdirildiyi qeyd edilib.
“Ofcom bu qərarı Rusiyanın Ukraynaya hücumu və RT-nin xəbərlərinin neytrallığı ilə bağlı davam edən 29 araşdırmanın nəticəsinə görə verib. Mövcud şərtlər daxilində RT-nin məsuliyyətli yayımçı olmadığı qənaətinə gəlinib” – açıqlamada bildirilib.
İqbal Rzayev,
KONKRET.az
