Londonda hökumət iqamətgahı qarşısında elektrik enerjisi və qazın qiymətinin bahalaşmasına qarşı aksiya başlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar baş nazir Boris Consonun və Mühafizəkarlar Partiyası hökumətinin istefasını tələb edirlər.
Qeyd edək ki, aprelin 1-dən ölkədə qaz və elektrik enerjisinin qiymət həddinin 54 faiz artırılması ilə bağlı qərar qüvvəyə minib. Beləliklə, britaniyalı istehlakçılar elektrik enerjisinə görə ildə təxminən 2000 funt-sterlinq ödəməli olacaqlar.
Eyni zamanda, Böyük Britaniyada illik inflyasiya fevralda 6,2 faizə çatıb ki, bu da son 30 ilin rekordu sayılır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
