Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİbackend

Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ

İsrailin müdafiə naziri İsrail Katzın son açıqlamaları Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib. Livanda Hizbullaha qarşı əməliyyatların genişlənməsi ehtimalı, İranın regiondakı maraqları və böyük güclərin prosesə münasibəti yeni hərbi qarşıdurma risklərini yenidən gündəmə gətirib.

Bəs mövcud şəraitdə İranın Livandakı hadisələr fonunda İsrailə birbaşa hücum etməsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırda İsrailin əsas hədəfi Livanda İranın ən böyük proksi qüvvəsi hesab olunan Hizbullahı zəiflətmək və bölgədə öz maraqlarına uyğun siyasi nizam formalaşdırmaqdır.

Zeynal Əmrəliyev: "Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə  qarşı olan maddələr götürüldükdən sonra problem qalmır"

Onun sözlərinə görə, İsrail Livanda özünə yaxın hökumətin formalaşmasını istəyir və bu istiqamətdə addımlar atır:

“Bu, regionda gərginliyi artıran əsas amillərdən biridir. Hesab etmirəm ki, İran hazırkı mərhələdə Hizbullahdan imtina etsin. Çünki İran daxilində ən böyük siyasi və hərbi təsir gücünə malik qurumlardan biri SEPAH-dır və Hizbullah Tehran üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən SEPAH-ın Hizbullahı dəstəksiz qoyacağı inandırıcı görünmür”.

Politoloq qeyd edib ki, İsrailin Livanda hərbi əməliyyatları genişləndirməsi regionda daha böyük müharibə riskini artırır:

“Əməliyyatlar davam edərsə, bu, genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Belə bir ssenaridə İranın reaksiyası da qaçılmaz olacaq. Bununla yanaşı, proseslərin yaratdığı nəticələr İsrail tərəfindən də diqqətlə hesablanmalıdır”.

Z. Əmrəliyev ABŞ-nin mövqeyinə də toxunaraq bildirib ki, Vaşinqton əvvəlki dövrlərlə müqayisədə proseslərdə daha ehtiyatlı davranır:

“ABŞ-nin və Körfəz ərəb ölkələrinin maraqlarına uyğun müəyyən məqamlar var. Əgər regionda yeni genişmiqyaslı müharibə başlasa, İranın ilk addımlarından biri Hörmüz boğazını bağlamaq olacaq. Bu isə həm ABŞ, həm də ərəb ölkələri üçün ciddi iqtisadi və enerji təhlükəsizliyi problemləri yaradar. Məhz buna görə də düşünürəm ki, Vaşinqton İsraili hücumların miqyasını genişləndirməkdən çəkindirməyə çalışa bilər”.

Politoloqun fikrincə, hazırkı mərhələdə İranın birbaşa hərbi müdaxilə ehtimalı tam istisna olunmasa da, tərəflər arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün diplomatik və siyasi manevrlər davam edəcək. Buna baxmayaraq, Livan istiqamətində vəziyyətin gərginləşməsi regionda yeni təhlükəsizlik riskləri yaratmaqda davam edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*