Braziliyalı Yonas Bilarino 3 illik fasilədən sonra qarışıq döyüşə növü olan MMA-ya geri qayıdıb.
KONKRET.AZ “sport-express.ru”ya istinadla xəbər verir ki, Döyüş yüngül çəki (65,8 kq) üzrə keçirilib.
Döyüşçü San-Pauloda keçirilən “Future FC 9” turnirində Cunior Duarte üzərində erkən qələbə qazanıb. 29 yaşlı Bilarino mübarizənin 5-ci dəqiqəsində 28 yaşlı rəqibi Duarteni şokedici diz zərbəsi ilə nakaut edib.
Qeyd edək ki, Bilarino 2015-ci ildə UFC çempionu Joze Aldonu Konor Makqreqorla döyüşə hazırlaşdırarkən təsadüfən qabırğasını sındırdığı üçün tanınıb. Bu səbəbdən braziliyalının Konorla olan döyüşü 2015-ci ilin iyul ayından dekabr ayına təxirə salınır. Keçirilmiş döyüş nəticəsində Aldo irlandiyalı Konora məğlub olur.
Hazırladı: Firuzə ALİMOVA