Braziliyadan Bakıya kokain trafiki: Julio Sezara 12 il həbs cəzası verildibackend

Braziliyadan Bakıya kokain trafiki: Julio Sezara 12 il həbs cəzası verildi

Qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Braziliya vətəndaşı 53 yaşlı Julio Sezar De lima Medeyrosun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə hökm oxunub.

Julio Sezar ötən ilin aprelində Braziliyanın San Paulo şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girərək 2 kiloqram kokaini bir neçə xarici ölkə ərazisindən tranzit keçirməklə Azərbaycana gətirib. Həmin kokaini Bakıda cinayətkar qrupun digər üzvünə çatdırılması tapşırılıb. O da öz növbəsində 2 kiloqram kokaini Doha-Bakı aviareysi ilə Azərbaycana gətirib.

Təqsirləndirilən Yulio Sezar ona elan olunmuş ittihamlarla həm istintaq, həm də məhkəmə zamanı  özünü təqsirli bilməyib. O, ifadəsində pul qazanmaq üçün San Paulo şəhərinə getdiyini, orada “Sau Brazo” adlanan, iş axtaran şəxslərin yığıldığı məhəllədə iki nəfərlə tanış olduğunu, onların “iş” təklifini  qəbul etdiyini deyib:”Azərbaycanın paytaxtı Bakı şəhərinə içi boş çemodan çatdıracağım halda 5 min dollar qazanacağımı dedilər, mən də razılaşdım. Bakıda “Swan” hoteldə qalacağımıçemodanı oradan gəlib götürəcəklərini bildirdilər. Dedilər ki, çemodan xüsusi materialdan hazırlanıb, ona görə də olduqca  əhəmiyyətlidir. Şəxsi əşyalarımı həmin çemodana yığıb təyyarə ilə əvvəl Efiopiya, oradansa Qətərin Doha şəhərinə yola düşdüm. Oradan Bakı-Doha aviareysi ilə Azərbaycana uçdum. Bakıya çatdıqdan sonra baqajımı da götürüb gömrük nəzarətinə yaxınlaşdım. Rentgen keçirildikdən sonra çemodanda şübhəli predmet olduğu üçün məni yoxlama otağına dəvət etdilər. Çemodanın kənar hissəsindəki boltlar açıldı, kaprondan olan yerlər sındırıldı, orada falqaya bükülmüş kokainlər aşkarlandıÇemodandakı maddənin nə olduğunu əvvəldən bilməmişəm. Əgər bilsəydim həmin çemodanı heç vaxt Azərbaycana gətirməzdim.

Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini inandırıcı hesab etməyib. Onun bu ifadəsinin özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlib.

Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Julio Sezarda narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.

Şahid qismində dindirilən Orxan Hüseynov ifadəsində paytaxtda yerləşən Swan üç ulduzlu hoteli icarə əsasında işlətdiyini deyib. Şahidin ifadəsinə görə, 2 may 2019-cu iidə ekspediya.com saytında olan otelin saytından onların otelinə 8 maydan 9 maya qədər bir nəfər tərəfindən bron olduğu müəyyən edilib. Sistem vasitəsilə otağın kim tərəfindən bron edilməsi mümkün olmayıb: Sistemdə sifarişçi və oteldə gəlib qalan vətəndaş barədə heç bir məlumat göstərilməmişdi. Yalnız vətəndaşın adı, soyadı və gələcəyi tarix göstərilmişdi. Daxil olan sifariş əsasında yalnız bunları bilmişəm. Həmin tarixdə otelə gəlməli olan şəxs gəlib çıxmadı. Nə də onu soruşan olmadı”.

Məhkəmənin hökmü ilə J.Sezar 12 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*