Bred Pitt Di Kaprio ilə yaxın dostluğundan danışdıbackend

Bred Pitt Di Kaprio ilə yaxın dostluğundan danışdı

Aktyor Bred Pitt Oskar-2020-də  “İkinci planda Ən Yaxşı Aktyor” nominasiyasını qazandıqdan sonra rejissor Kventin Tarantinonun “Bir dəfə … Hollivudda” filmində həmkarı Leonardo Di Kaprio ilə dostluğundan danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Rossiyskaya qazeta” yayıb.

Pitt Di Kaprioya dostluğuna və dəstəyinə görə minnətdar olduğunu bildirib.

“Bu filmdən əvvəl bir-birimizi üzdən tanıyırdıq və ilk dəfə birlikdə çalışdıq. Kventinin dediyi kimi, bizdə “kimya” var. Ona bizimlə işləmək asan və rahat olub. Bu mənim üçün ən böyük komplimentdir. İndi yaxın dostuq, ortaq bir marağımız var – müasir sənətimizin ehtiraslı kolleksiyaçılarıyıq”. Bred Pitt belə deyib.

Oskar mükafatı 56 yaşlı Bred Pittin karyerasında ilk olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*