İyunun əvvəlindən Rusiya ali komandanlığı Ukraynadakı müharibədə əsas əməliyyat komandanlıq mövqelərindən bir neçə generalı vəzifəsindən uzaqlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Xüsusilə, Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov və Cənub Hərbi Dairəsinin komandiri ordu generalı Aleksandr Dvornikov uzaqlaşdırılıb. Dvornikov bir müddət Ukraynada baş əməliyyat komandiri vəzifəsində çalışıb.
İndi Cənub Hərbi Dairəsinin komandanlığı general-polkovnik Sergey Surovikinə verilib.
Xatırladaq ki, Cənub Hərbi Dairəsi Rusiyanın Donbasdakı hücumunda əsas rol oynayır. 30 ildir ki, Surovikinin karyerasında korrupsiya və qəddarlıq ittihamları yer alıb.
Roman Göytürk,
KONKRET.az
