Britaniya mətbuatı: HƏMAS gizli şəkildə Türkiyədə baza qurmağı planlaşdırırbackend

Britaniya mətbuatı: HƏMAS gizli şəkildə Türkiyədə baza qurmağı planlaşdırır

İsrailin Qəzzaya hücumları ara vermdəiyi ərəfədə HƏMAS-ın Türkiyədə varlığını artırdığı iddiası yenidən gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, İngiltərənin “The Times” qəzeti İsrail ordusunun HƏMAS-ın gizli Türkiyə planını ələ keçirdiyini yazıb.

Həmas lideri İsmayıl Haniyənin ötən ay prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra HƏMAS-ın qərargahını Qətərdən Türkiyəyə köçürməyi planlaşdırdığına dair iddialar gündəmə gəlib.

İsrail və HƏMAS arasında vasitəçi rolunu üzərinə götürən Qətər iddianı rədd edib. Ərdoğan isə “Əhəmiyyətli olan HƏMAS liderlərinin harada olduğu deyil, Qəzzadakı vəziyyətdir. Onların mövqeyinin nə olduğu ilə bağlı belə bir məlumat almadım”, – deyə bildirib

İngiltərənin “The Times” qəzeti İsrailin Qəzzada ələ keçirdiyi məxfi sənədlərə istinad edərək yazıb ki, HƏMAS Türkiyədə “xüsusi təhlükəsizlik bazası” qurmağı planlaşdırır. Xəbərdə HƏMAS-ın Türkiyədəki gizli bazası vasitəsilə müxtəlif ölkələrdə İsrail hədəflərinə hücumları koordinasiya etməyi hədəflədiyi iddiası da yer alıb.

HƏMAS lideri Yəhya Sinvarın Qəzzada sağ əli Həmzə Əbu Şanabın evində “Türkiyədə baza yaradılması” adlı gizli sənədlərin tapıldığı iddia edilib. Sənədlərdə İsrailin təzyiqi nəticəsində müdafiəyə keçən HƏMAS-ın xüsusi əməliyyatlar üçün xaricdə hərbi mərkəz yaratmalı olduğu da bildirilib.

İsrail hədəflərinə qarşı təxribat, adam qaçırma və sui-qəsd təlimi planlarının yer aldığı qeyd edilən sənədlərdə Türkiyədə qurulacaq bazaya göndəriləcək personalın detalları da yer alır. “The Times” həmçinin bildirib ki, sənədin tarixi və Türkiyədə artıq bazanın yaradılıb-yaradılmaması məlum deyil.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*