BŞİH ağacın maşının üzərinə aşması ilə bağlı məlumat yaydıbackend

BŞİH ağacın maşının üzərinə aşması ilə bağlı məlumat yaydı

Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov küçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən KONKRET.az-a bildirilib ki, əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.

Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*