“Bu, Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərəcək” – Mövlud Çavuşoğlubackend

"Bu, Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərəcək" - Mövlud Çavuşoğlu

Dağlıq Qarabağla bağlı razılaşma Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərə bilər.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının videokonfrans yolu ilə keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

“Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma üç onillikdən sonra sülhün bərqərar olması üçün real bir fürsəti təmsil edir. Bu, mütləq regional sabitliyə, eləcə də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”, – deyə türkiyəli nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*