Bu da “vətənpərvər” Solovyovun ordudan gizlətdiyi OĞLU – FOTOLARbackend

Bu da "vətənpərvər" Solovyovun ordudan gizlətdiyi OĞLU - FOTOLAR

Rusiyalı təbliğatçı Solovyovun ordudan gizlətdiyi oğlu barədə məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə fevralın 10-da Rusiya mətbuatı yazıb. Bildirilir ki, təbliğatçı Solovyovun oğlu Rusiya ordusunda xidmətdən gizlənir və hazırda Britaniyada yaşayır.

Solovyov oğlunu cəbhəyə göndərməsə də, səfərbər olan rusları Ukraynaya qarşı müharibədə ölməkdən qorxmamağa çağırıb.

Twitter-də rus təbliğatçısı Vladimir Solovyovun (Daniel) yetkin oğullarından birinin Londonda model olması ilə bağlı yazı dərc olunub.

Solovyov Rusiya Federasiyası vətəndaşlarını səfərbər olmağa və Ukraynaya qarşı döyüşmək üçün cəbhəyə getməyə çağırır.

“Vladimir Solovyovun oğlu Daniil Solovyov bildirib ki, o, hələ Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya və Donbasın müdafiəsinə gedə bilməz. Çünki onun artıq London model agentliyi ilə müqaviləsi var”, – ingilis nəşri yazıb.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*