2020-ci ildə məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin komitənin aparatının saxlanılması xərcləri üçün ayrılan vəsait açıqlanıb.
KONKRET.AZ-ın məlumatına görə, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu məqsədlə 2020-ci ilin dövlət büdcəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə cəm olaraq 4,5 milyon manat vəsait nəzərdə tutulub.