Solovyov Türkiyədə aparılan danışıqlardan razı qalmayıb.
KONKRET.az xəbər verir ki, rusiyalı aparıcı və təbliğatçı Vladimir Solovyov Rusiya və Ukrayna arasında İstanbul danışıqlarının “yaxşı” keçdiyini bildirib. Amma əlavə edib ki, nasistlərlə boğazına çəkmə dayayaraq danışmaq lazımdır, qalan üsullar zəiflik kimi qəbul ediləcək.
Bundan sonra Solovyov səs-küylü monoloquna davam edib.
“Türkiyədə yaxşı danışıqlar apardıq. Anladım! Nasistlərlə hər hansı danışıqlar, çəkmələrimiz onların boğazında olmasa, zəiflik kimi qəbul edilir. Bu əclafların əlini sıxmaq lazım deyil. Ümumiyyətlə, onlarla görüşməyə, danışmağa ehtiyac yoxdur.
Ona görə də dünənki kimi sərsəm mesajlarla xalqı, hərbçilərimizi çaşdırmağa, ruhdan salmağa çalışmaq lazım deyil. Tapşırıq verilib və tam şəkildə yerinə yetirilməlidir.
Ölkədə tapşırıqlar Ali Baş Komandan tərəfindən verilir. Ancaq ona qulaq asmaq lazımdır”, – deyə Solovyov hiddətindən az qala dəli olmaq dərəcəsinə çatıb.
Xuraman Etibarlı,
KONKRET.az
