Bu ərazilərdə qaz KƏSİLƏCƏKbackend

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

“Xırdalan” Qaz Paylayıcı Stansiyasında “BMSK” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan oktyabrın 17-dədə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən KONKRET.az-a bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*