Ermənistan vətəndaşlarının Rusiyaya səfər etməsində problem yaranıb.
KONKRET.az bu barədə “Novosti Armeniya” istinadən xəbər verir.
Məlumata görə, Rusiyaya getmək istəyən ermənilər COVID-19 testindən keçməlidir.Testin nəticələri müsbət olanlar Rusiyaya gedə bilməzlər. Ermənistan vətəndaşları isə yalnız rusiyalılardan test götürmək icazəsi olan təşkilata qan analizi veriblər. Ona görə də onların testi etibarsız sayılıb. Bu isə İrəvan hava limanında gərginliyə səbəb olub.
Xatırladaq ki, fevral ayının 1-dən Ermənistandan Rusiyaya uçuşlara icazə verilib.
