BU GÜN 24 SAATA SIĞMAYACAQ! – Ürək sənə “Yaşa!” deyir!backend

BU GÜN 24 SAATA SIĞMAYACAQ! – Ürək sənə "Yaşa!" deyir!

8 NOYABR 2020-ci il. Azərbaycanın müstəqillik tarixinə BAŞQIZIL hərflərlə, özü də qürurverici şəkildə yazıldığı GÜN!

Müzəffər, rəşadətli, igid, cəsur, qorxmaz, hünərli Azərbaycan Ordusunun ölkəmizin mədəniyyət beşiyi, Qarabağımızın ürəyi olan Şuşamızı erməni tapdağından azad etdiyi BÖYÜK GÜN!

Şuşanın 8 may məğlubiyyətini UNUTDURAN GÜN!

Başımızın UCA, alnımızın AÇIQ üzümüzün olduğu GÜN!

Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin “QARABAĞ AZƏRBAYCANDIR!” kəlamının Şuşada gerçəkləşdirildiyi GÜN!

Azərbaycan əsgərinin və zabitinin qanı və canı bahasına əldə edilən GƏLƏBƏ GÜNÜMÜZ!

Azərbaycan Demokrat Cümhuriyyətinin baniləri olan babalarımızın ruhunun rahatlıq tapdığı GÜN!

Azərbaycanın müasir müstəqil dövlət kimi qurulmasında və inkişafında müstəsna rolu olan qüdrətli dövlət xadimi Heydər Əliyevin ərazi bütövlüyümüzün bərpa olunması arzusunun gerçəkləşdiyi və ruhunun şad olduğu GÜN!

20 Yanvar, 20 Noyabr, Xocalı, I və II Qarabağ müharibəsi şəhidlərinin müqəddəs ruhlarının şad olduğu və rahatlıq tapdığı GÜN!

BU GÜN sentyabrın 27-dən başlayan Vətən savaşının labüd nəticəsinin vacib həlqəsidir, Xankəndi, Laçın, Kəlbəcər və Ağdamın azad olunacağı günə aparan müqəddəs yoldur.

Və bu vacib qələbənin qazanılmasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl siyasətçi, diplomat və sərkərdə kimi uğurları şəksizdir.

Baxın, İlham Əliyev neçə cəbhənin yükünü üzərinə götürdü:

– dövlətin siyasi, iqtisadi və hərbü qüdrətini gücləndirdi;

– Azərbaycan Ordusunu müasir standartlara uyğun qurmaqla əsgər və zabitlərimizin peşə bacarığını və ruh yüksəkliyini artırdı;

– siyasətçi və diplomat qabiliyyəti ilə 1988-ci ildən üzərimizə gələn erməni lobbisini yerində oturtdu, onların havadarlarını neytrallaşdırdı;

– irqindən, dinindən, dilindən asılı olmayaraq, müxtəlif dövlətləri Azərbaycanın dostuna çevirdi;

– hər kəsin millətindən, dinindən, dilindən, siyasi baxışlarından asılı olmayaraq həmvətənlərimizi bir yumruq kimi birləşdirdi;

– ermənilərin havadarlarının təzyiqi qarşısında geri çəkilmədi;

– qardaş Türkiyə ilə “bir millət iki dövlət” olduğumuzu gerçəkliyə çevirdi;

– informasiya müharibəsinin də sərkərdəsi olduğunu sübut etdi – dünya öz qarşısında KİV-lərə nağıl uydurmayan, əsl həqiqəti səmimiyyətlə ictimaiyyətə çatdıran, qanunun aliliyinə, fundamental insan haqlarına əməl olunmasını tələb edən, işğalçının, onun havadarlarının ünvanını açıq-aşkar göstərən məntiqli, müdrik siyasətçini gördü;

– xalqımızın heysiyyatına toxunmağa cəsarət edən sərxoş təlxəyin cavabının necə verildiyini bütün dünyaya göstərdi;

– Azərbaycan Ordusunun “İLIN ORDUSU“, xalqımızın “İLIN XALQI“, özünün isə “İLIN PREZIDENTI” adlarına layiq olduğunu nümayiş etdirdi.

– Qarabağ münaqişəsinin həllinin Şuşasız qeyri-mümkün olduğunu əməldə sübut etdi.

Və, nəhayət, İlham Əliyevin gözəl Şuşanın erməni işğalından azad olunması xəbərini xalqımıza çatdırmaq üslubu ürəyimizi dağa döndərdi. O, Fəxri Xiyabanda qüdrətli dövlət xadimi Heydər Əliyevin, Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət etdikdən, onların qarşısında baş əyib, ruhlarını yad etdikdən, Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra xalqımıza elə Şəhidlər Xiyabanından müraciət etdi. “Şuşa, AZADSAN!”, “Şuşa BIZIMDIR!”, “QARABAĞ AZƏRBAYCANDIR!” şüarları bütün xalqımızı coşdurdu, dostlarımızı sevindirdi, düşmənlərimizi məhv etdi.

Var olun, cənab Prezident!

Yaşasın, xalqımız!

Eşq olsun sənə, Azərbaycan əsgəri!

Xatirə Sadiq,

KONKRET.az

  • Zamina Elturan
    Noyabr 9, 2020 - 16:47

    Yaşasın müzəffər ordumuz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*