Bu gün 55 mindən çox şəxsə vaksin vuruldubackend

Bu gün 55 mindən çox şəxsə vaksin vuruldu

Azərbaycanda son sutkada 55169 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24211 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 30958 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3910624 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2396007 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1514617 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*