Bu gün 63 mindən çox şəxsə vaksin vuruldu – FOTObackend

Bu gün 63 mindən çox şəxsə vaksin vuruldu - FOTO

Azərbaycanda son sutkada 63462 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15542 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 47920 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 8106885 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4652121 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3454764 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*