Bu gün Rusiya vətəndaşları Gəncədə səs verəcəklərbackend

Bu gün Rusiya vətəndaşları Gəncədə səs verəcəklər

Bakıdan uzaqda Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları martın 10-da respublikanın ikinci böyük şəhəri olan Gəncədə keçiriləcək Rusiya prezidenti seçkilərində erkən səsvermədə iştirak edə bilərlər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“10 mart 2024-cü il saat 10:00-dan 18:00-dək qədər şəhər administrasiyasında səs vermək mümkündür”, – məlumatda deyilir.

Martın 17-də isə Azərbaycanda bir seçki məntəqəsi fəaliyyət göstərəcək və bu məntəqə Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin binasında açılacaq.

Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək ​​keçiriləcək. Rusiya vətəndaşları etibarlı xarici və ya daxili pasport təqdim etməklə səs verə biləcəklər.

Xatırladaq ki, Federasiya Şurası Rusiya prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*