Bu gün Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilirbackend

Bu gün Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir

Bu gün Türkmənistanda növbədənkənar Prezident seçkiləri keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

Ölkə prezidenti postuna 9 namizəd mübarizə aparır. Onlar arasında ölkənin hazırki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov da var.

Ölkə üzrə 2577, digər ölkələrdə isə 41 seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə isə 3 459 063 seçici qeydə alınıb. Seçki məntəqələri Bakı vaxtı ilə 18:00-da bağlanacaq.

Xatırladaq ki, Qurbanqulu Berdıməhəmmədov fevralın 11-i parlamentin yuxarı palatasının iclasında bildirib ki, yolu gənc liderlərə vermək qərarına gəlib. Fevralın 14-ü isə ölkədə seçkiqabağı kampaniyaya start verilmişdi.

Qeyd edək ki, Berdıməhəmmədov 2007-ci ildən Türkmənistan Prezidentidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*