Bu gündən Bakının bu prospektində sürət həddi endirildibackend

Bu gündən Bakının bu prospektində sürət həddi endirildi

Bu gündən Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə maksimum sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.

KONKRET.AZ xəbər verir ki, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət həddi müvafiq olaraq tənzimlənir.

Belə ki, digər zolaqlar üzrə də sürət həddi 10 km/saat endirilib. İndiyədək Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasından Mərdəkan şossesinə qədər) maksimum sürət həddi 120 km/saat olub.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*