Bu il TAP vasitəsilə nəql olunacaq qazın həcmi AÇIQLANDIbackend

Bu il TAP vasitəsilə nəql olunacaq qazın həcmi AÇIQLANDI

2022-ci ildə Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya 10 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli gözlənilir.

KONKRET.az bu barədə Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadən məlumat verir.

“2021- ci ilin 11 ayı ərzində Azərbaycanda qaz hasilatı əvvəlki illə müqayisədə 20 faiz artıb. Boru kəməri ilə Türkiyəyə qaz tədarükü 30 faiz azalıb. Əvəzində TAP vasitəsilə Avropaya qaz nəqli 8 milyard kubmetri ötüb”, – deyə hesabatda bildirilib.

Qeyd edək ki, Trans-Adriatik boru kəməri ilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb. İtaliyaya 6,8 milyard, Yunanıstan və Bolqarıstana 1,2 milyard kubmetr qaz nəql olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*