“Bu il vakant müəllim yerlərinin sayı ötən ildəkindən çoxdur” – Təhsil naziribackend

“Bu il vakant müəllim yerlərinin sayı ötən ildəkindən çoxdur” - Təhsil naziri

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün bu il təqdim edilən vakant yerlərin sayı ötən ildəkindən çoxdur.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlrəinə görə, bu il 8322 vakant yer təqdim edilib ki, bu da ötən il təqdim edilən yerlərdən 1014 yer və ya 14 faiz çoxdur. Amma ixtisaslar üzrə təqdim edilən yerlərin sayı dəyişib. Bəzi ixtisaslarda vakant yerlərin sayı artıb, bəzilərində azalıb, bəzilərində isə sabit qalıb. Artan ixtisaslar əsasən, kimya, ingilis dili, riyaziyyat, təsviri incəsənət, rus dili, musiqi, texnologiya və fiziki tərbiyə ixtisaslarıdır. Yerlərin sayı azalan ixtisaslar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, fizikadır. İnformatika, tarix coğrafiya, biologiya, fransız dili üzrə eyni sayda vakant yer təqdim edilib.

E.Əmrullayev qeyd edib ki, Bakı, Gəncə, Sabirabad, Laçın, Saatlı, Gədəbəy, İmişli və digər ərazilərdə vakant yerlərin sayı azalıb. Quba, Beyləqan, Yardımlıda isə yerlərin sayı artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*