Qazaxıstanın Almatı vilayətinin Ulken Aksu kəndi karantinə alınıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kənddə xəstəliyə yoluxan 4 nəfərin müəyyən edilməsidir.
Kəndin icra başçısı Adiljan Kurbaniyazov bildirib ki, Böyük Aksuda mal-qara və ət məhsullarının ixracına qadağa qoyulub.
Məlumata görə, Böyük Aksuya insanların gediş-gəlişini qadağan edən heç bir sərəncam yoxdur.
Kənd sakinləri kəndi tərk etməkdə sərbəstdirlər, lakin onlara şəxsi gigiyena qaydalarına riayət etmələri və potensial çirklənmiş heyvanlar və ya ət məhsulları ilə təmasdan çəkinmələri tövsiyə olunur.
Xatırladaq ki, ötən il Voronej vilayətində 11 nəfər qarayara xəstəliyinə yoluxmuşdu.
Aygün Mirakif,
KONKRET.az