Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb.
Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Raqif Allahyar oğlu Mütəllimov Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
