Bu kəndlərdə qaz olmayacaqbackend

Bu kəndlərdə qaz olmayacaq

Sabah Saatlı rayonunun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

KONKRET.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaracalar QPS qolu” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək, ümumilikdə 1189 abonenti olan Saatlı rayonunun Qaracalar, Varxankənd, Qaralar, Gomuşçu və Seyidlər kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*